Xəbərlər


XƏBƏRLƏRƏ
QAYIDIN
Elektron sənəd dövriyyəsi üzrə mütəxəssis/məsləhətçi

Vəzifə: Elektron sənəd dövriyyəsi üzrə mütəxəssis/məsləhətçi

Yerləşmə: Azərbaycan

Hal-hazırda, aşağıda göstərilən bacarıqları olan Biznes Consulting şöbəsində ECM (Enterprise Content Management) konsaltinq rolunda potensial namizədlər axtarılır:

 

Vəzifə öhdəlikləri:

  • ECM və BPM biznes həlləri barəsində məsləhət xidmətləri göstərilməsi
  • Müştərilərdə biznes proseslərin araşdırılması asanlaşdırılması
  • Biznes tələblərə texniki dizayn verilməklə həll edilməsi
  • ECM və BPM həllərinin dizaynının verilməsi, tətbiqinin həyata keçirilməsini və dəstək verilməsi
  • Biznes tələblərə cavab verən həll dizaynlarını hazırlayıb inkişaf etdirilməsi
  • Biznes problemləri və həllin tələblərini yenidən istifadə edilə bilən texnoloji həllər ilə uyğunlaşdırılması
  • Records Management və Process Improvement həlləri üzrə proseslərin planlaşdırılması, inkişaf etdirilməsi, yüklənmısi, sənədləşdirilməsi və dəstək verilməsi
  • ECM və BPM strategiyaları, siyasətləri, idarəetmə və arxitektura tövsiyələrinin yaradılması
  • Boşluqların müəyyənləşdirməsi, dəstəklənə və təkrarlana bilən metodologiyalardan istifadə edilərək həll edilməsi
  • Problemləri müəyyənləşdirin, izlənilməsi, həll edilməsi və qarşısının alınması

Tələblər:

  • Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında Kargüzarlığın aparılmasına dair təlimat haqqında məlumatlı olması
  • Yeni problemləri həll etmək üçün mövcud təcrübədən istifadə etməyi bacarmalı, sürətlə yeni bacarıqlar əldə etmək və bilmədiyi mövzuları araşdırıb öyrənməli
  • Excel, Word, PowerPoint, Visio, Project və s. proqramlarla işləmə bacarığı
  • ümumi İT biliklərinə yiyələnməli (Verilənlər bazası, Proqramlaşdırma, Server və s.)

Səriştələr:

  • üstün yazılı və şifahi ünsiyyət bacarığına malik olmalı
  • Komanda ilə işləməyi bacarmalı
  • Gərgin iş şəraitində işləməyi bacarmalı
  • öz üzərində işləməyi bacarmalı

üstünlük verilir:

  • Qabaqcıl ECM həllər üzrə biliklər (OnBase, Perceptive, FileNet, SharePoint, Kofax, Documentum, OpenText və s)
  • Sistem arxitekturası üzrə təcrübə, Sənəd dövriyyəsi sistemlərinin dizaynı və tətbiqi xüsusiyyətləri daxil olmaqla
  • Kargüzarlığın idarə edilməsi prinsipləri haqqında biliklər (identifikasiya, saxlama, mübadilə)
  • Kompleks analitik və texniki məsələlərin diaqnostikasında, idarə olunmasında və həllində göstərdiyi uğurlar
  • Sənəd dövriyyəsi sistemləri üzrə sertifikat (OnBase, SharePoint, Kofax və s.)
  • Xaricdə ali tehsil

Dil bilikləri:

  • İngilis dili
  • Rus dili

Müraciət qaydaları

  • Müraciət üçün CV-nizi  office@bmsgl.com emailinə göndərməyinizi xahiş edirik.
  • Vakansiyalar üzrə son müraciət tarixi 10 Mart 2018 - ci il .
  • Daha ətraflı məlumatla şirkətin rəsmi saytının vakansiyalar bölməsində (http://www.bmsgl.com/career/) tanış olmaq mümkündür. 
SIMPLE
AGENCY
SERTİFİKATLI, YERLİ MÜTƏXƏSSİSLƏR