Xəbərlər


XƏBƏRLƏRƏ
QAYIDIN
SAP və City Football Group Şirkətləri “Gözəl Oyun”u Cloud – a Tətbiq Edirlər.

MANCHESTER — SAP və City Football Group (CFG) şirkətləri, bugün şirkətlərin mülkiyyətçilik metodu və onların futbol komandalarının idarəedilməsinə istiqamət verəcək qlobal marketinq və texnologiya əməkdaşlığını elan etdi.

SAP “Cloud Software Provider” in rəsmi tərəfdaşı və City Football Group--nun və onun dörd komandasının (Manchester City FC (Kişilər və Qadınlar), New York City FC, Melbourne City FC və Yokohama F. Marinos.) texnologiya məsləhətçisi olacaq.

Franck Cohen (SAP), Stefan Wagner (SAP), Brian Marwood (CFS), Ferran Soriano (CFG

SAP SE – nin icraçı direktoru Bill McDermott demişdir ki, “City Football Group - u dünyanın ən yenilikçi və texnologiya yönümlü futbol təşkilatıdır. “SAP HANA və bizim cloud sistemimizin City Football Group şirkətinin oyunçu və məşqçi heyətinin performansına yüksək səviyyədə nəzarət imkanı yaratdığı üçün fəxr edirik.”

City Football Group – u və onun klubları onların dünya səviyyəli proseslərinin asanlaşdırmaq, bizneslərini nəzarətdə saxlamaq, məhsuldarlığını artırmaq və azarkeş təcrübəsini yüksəltməyə yönəlmiş SAP HANA tərəfindən cloud-əsaslı həll tətbiq edəcək. Tərəfdaşlığın digər əsas səbəbi oyunçular və məşqçilərin performansını analiz etməyə və artırmağa yönəlmiş yeni proqram təminatıdır.

City Football Group-nun sədri Khaldoon al Mubarak öz çıxışında bildirmişdirki, “Bu əməkdaşlıq City Football Group-nun varlığı qədər çox əhəmiyyətlidir. Bizim biznesimizə qlobal şəkildə nəzarət edən və yenilikləri tədim edən SAP texnologiya əməkdaşlığını əldə etmişik. Bizim ortaq məqsədimiz inqilabi futbol texnologiya həlli və məhsulu hazırlamaqdır və əmn inanıram ki, biz buna nail olacağıq.”

Biznes Fəaliyyətləri

City Football Group – u bütün klubları arasında İnsan Resurslarının inkişafı və daha geniş əməkdaşlığa nail olmaq üçün digər qlobal və inkişaf etmiş SuccessFactors həll, SAP JAM social proqram platforması və Sadə SAP Maliyyə həlli kimi SAP cloud həllərdən istifadə edəcək. SAP Proqnoz Analitik proqramı və SAP BiznesObjects kimi SAP analitik həlləri, bilet sifarişindən tutmuş ticarətə qədər təşkilat daxilindəki bütün qərarlarınızı daha sürətli və əsaslı etmək üçün CFG nin mərkəzi funksiyasını daşıyacaq.

Azarkeş marağı

Geniş SAP həll qrupu Etihad stadionundakı real vaxt analizini və azarkeş iştirakını göstərən interaktiv rəqəmsal lövhə daxil olmaqla CFG-nın bütün stadionlarında azarkeş təcrübəsini inkişaf etdirəcək. SAP və CFG azarkeşlərin futbol məlumatını istifadə yolunu dəyişməklə onlara oyunu digər nöqteyi nəzərdən baxmağa və daha uyğun yolla başa düşməyə imkan verir.

Oyunçu və Komanda Performansı

City Football Groupu bacarıq idarə edilməsi, futbol performansı, və insan resusları barəsində SAP ilə birgə yeni texnoloji lahiyə olan SAP Sports One Solution tətbiq edəcək. HANA platformasından yararlanan idman təyinatlı cloud həlli komandanın və fərdi oyunçuların effektiv şəkildə idarə edilməsi, fərqli mənbələrdən analiz olunması və performansının optimalaşdırılmasını təmin edir.

CFG ilə əməkdaşlıq dünya futbolu və SAP-nin idman təşkilatları ilə strateji əməkdaşlığı ətrafında geniş əlaqələr portfeli hazırlayır. Keçən yay SAP və Almaniya milli komandasının SAP HANA üzərindən tətbiq etdikləri SAP Match İnsights modulu ilə məşq zamanı oyunçu məlumatların toplanmasına və analiz olunmasına və Almaniyanın dördüncü dünya çempionatı kubokunu əldə etməyə köməklik etdi. Futboldan başqa SAP digər idman təşkilatları və xokkey, qayıqsürmə, qolf, Formula 1, kriket, amerikan futbolu, beyzbol, tennis və basketbol kimi idman sahələrində də özünü göstərir.

Daha ətraflı məlumat üçün SAP xəbər mərkəzi və SAP qlobal spronsurluq internet səhifəsinə müraciət edin. SAP-ni Twitter üzərindən @sapnews və @SAPsports da izləyə bilərsiniz.

City Football Group Haqqında

City Football Group bir neçə qlobal futbol biznesinin sahibidir. Bura təcrübəli futbol klubları, akademiyalar, texniki dəstək və marketinq şirkətləri daxildir. CFG-nin klublarına 2013-2014 Premyer Liqa qalibi Manchester City FC, A-liqa klubu Melbourne City FC və MLS Franchise New York City futbol klubu daxildir. CFG, həmçinin Yokohama F. Marinos – un əsas hissə sahiblərindən biridir. Bütün klubların ortaq məqsədi, həm yerli, həm də qlobal səviyyədə ən yaxşı təcrübəni təmin etmək və azarkeş imkanlarını genişləndirməkdir. Holdinqin dəstək şirkətləri olan City Football Services və City Football Marketing klublar, əməkdaş təşkilatlar və müştəri təşkilatların dəsdəklənməsi üçün dünyanın bir neçə yerində fəaliyyət göstərirlər. City Football Services inkişaf etmək, məşq etmək və qələbə çalmaq üçün futbol IP – si və nou-haular paylayır.

City Football Group tamamilə Abu Dhabi United Group (ADUG) – a məxsusdur. ADUG, sahibi Şeyx Mənsur bin Zayed Al Nahyan olan investisiya və inkişaf şirkətidir.

City Football Group-un baş ofisi Mançester şəhərində yerləşir və Abu Dabi, Nyu-York, London, Melburn və Tokioda ofisləri mövcuddur.

SAP Haqqında

Müəssisə proqram təminatı üzrə bazar liderliyinə sahib SAP, hər olçüyə sahib şirkətlərə daha yaxşı işləməsi üçün köməklik edir. Ofis daxilindən iclas zalına, anbardan mağazaya qədər SAP, insanlar və şirkətlərin daha effektiv şəkildə işləməsi və daha güclü rəqabət imkanı üçün köməklik edir. SAP proqram və xidməti daha gəlirli, davamlı və sürətli inkişaf üçün 291,000 – dən artıq müştəriyə xidmət edir. Daha ətraflı məlumat üçün www.sap.com səhifəsini ziyarət edin.

SIMPLE
AGENCY
SERTİFİKATLI, YERLİ MÜTƏXƏSSİSLƏR