Xəbərlər


XƏBƏRLƏRƏ
QAYIDIN
SAP Qolf turnirində

St. Leon-Rot-da 18-20 sentyabr 2015-ci ildə baş tutacaq qolf dünya kubok oyunlarını virtual platformaya daşımaq üçün SAP şirkəti Hana texnologiyası ilə yaradımış Solheim Cup 2015 tətbiqetməsini hazırlayıb.

Bu tətbiqetmə sadə və interaktiv şəkildə azarkeşlərə bu üç günlük, iki ildən bir keçirilən qolf turnirində Avropanın ən yaxşı qadın qolfçuları ilə ABŞ-ın 12 qadın qolfçusu arasında canlı və baş tutmuş oyunların hesablarına baxma, qarşılaşmaların keçirilcəyi yerlər və vaxtları, komanda, oyunçular və tədbir haqqında ümumi məlumat etmə imkanı təmin edəcək.

Chris Burton, SAP şirkətinin Global sponsorluq üzrə vitse prezidenti : “Bu texnologiya Solheim kuboku həvaskarlarını həyacanı yaxıdan yaşamağa kömək edir”

Ən prestijli qadın qolf turnirinin rəsmi texnologiya sponsoru olaraq SAP həmçinin televiziyadan oyunları izləyən tamaşaçılar üçün ilk dəfə olaraq inkişaf etdirilmiş TV qrafikalarından istifadə etməklə topun sürəti, uçuşun məsafəsi, yuva ilə top arasında uzunluq, küləyin istiqaməti və sürəti haqqında məlumatları əks etdirəcəkdir. Turnirdə iştirak etmiş oyunçuların performansları arasında müqayisə apara bilməyə imkan verən analitik imkanlar qolf dünyasında bir ilk olacaq.

Qarşılaşmaların baş tutacağı yerdə də azarkeşlər geyinəbilən və sensor texnologiyaları vasitəsilə ötürülən məlumatlara böyük ekranda oyun haqqında bütün məlumatları ala biləcəklər.

“St. Leon-Rot-da baş tutacaq turnirə təxminən 100.000 tamaşaçı və azarkeşlərin gəlməsi gözlənilir. Əlavə olaraq tamaşaçılar və azarkeşlər rəqəmsal texnologiyanın sayəsində ilk dəfə olaraq belə bir möhtəşəm tədbirin baş tutacağının şahidi olacaqlar.” - Eicko Schulz-Hanßen, St. Leon-Rot Qolf klubunun meneceri.

- Daha ətraflı : http://www.news-sap.com/sap-powers-new-digital-golf-experience-fans-2015-solheim-cup

SIMPLE
AGENCY
SERTİFİKATLI, YERLİ MÜTƏXƏSSİSLƏR