Xəbərlər


XƏBƏRLƏRƏ
QAYIDIN
MySQL 5.7 Community Contributor Award Program 2015!

Bir neçə ay əvvəl MySQL Community komandası MySQL community dünyasında ən fəal istifadəçilər və bloggerlər üçün "MySQL 5.7 Community Contributor Award Program” adlı yeni mükafat proqramını elan edib. Siz aşağıda qeyd edilən kriteriyalara cavab verən hazırki qaliblərin siyahısını görə bilərsiniz:

  • Ən aktiv kod yazıcısı
  • Xətaları raport verən
  • Ən aktiv MySQL bloggeri
  • MySQL məqalələrinin tərcümə və sənədləşdirilməsində aktiv rol oynayanlar
  • DMR buraxılışlarına, Labs buraxılışlarına şərh bildirənlər və ya təklifləri dəyişdirənlər

Azərbaycanlı gəncin qaliblər arasında olmağını elan etmək bizim üçün xoşdur. Aşağıdakı şəxslər mükafatlandırılıb - Hər birini təbrik edirik!!!

  • Azərbaycan MySQL İstifadəçi Qrup Lideri Şəhriyar Rızayev MySQL 5.7-də müxtəlif xətaları səsləndirməsinə görə.
  • Ichii Takashi MySQL 5.7-də müxtəlif xətaları səsləndirməsinə görə.
  • Peter Zaitsev aktiv kod töhfələrinə görə.
  • Debian and Ubuntudakı paketləşdirmə işlərinə görə Clint Byrum.
  • Workbench paket işlərinə görə Christian Hesse.
  • Stewart Smith POWER üzərində MySQL-ə etdiyi yardımlar üçün.
  • Jeremy Cole MySQL ACE-də aktiv bloq və xəta hesabatları üçün.
  • Workbench paket işlərinə görə Dmitry Smirnov.
  • Moskva MySQL İstifadəçi Qrup Lideri Konstantin Osipov bir neçə yeniliklərinə görə.
  • Edgar Knapp MySQL 5.7-də müxtəlif xətaları səsləndirməsinə görə.
  • Marc Trouwaert MySQL 5.7-də müxtəlif xətaları səsləndirməsinə görə.
  • Valeriy Kravchuk aktiv kod töhfələrinə görə.
  • MySQL ACE Direktoru MySQL-in davamlı yenilənməyinə görə.
  • NL MySQL və MySQL ACE İstifadəçi Qrup Lideri Daniel Van Eeden, UG-dəki aktiv roluna və bloq işlərinə görə.
  • Laurynas Biveinis aktiv kod töhfələrinə görə.
  • Shlomi Noach MySQL ACE-də MySQL 5.7-nin defolt sazlamalarını inkişaf etdirmək üçün verdiyi bir neçə təkliflərə görə.
SIMPLE
AGENCY
SERTİFİKATLI, YERLİ MÜTƏXƏSSİSLƏR