Xəbərlər


XƏBƏRLƏRƏ
QAYIDIN
BMS Akademiyası SAP treninqlərə başlayır

BMS Global şirkəti biznes konsaltinqi sahəsində market lideridir. Şirkət əsasən texnoloji konsultant və sistem təminatçısı kimi nüfuz qazanmışdır.

BMS Akademiyası şirkətin əsas strukturlarından biridir. Akademiya şirkətlərə biznes planlarını inkişaf etdirməyə kömək edən bir tərəfdaşdır. Akademiyanın məqsədi insanları SAP sistemi barəsində yüksək təhsil və biliklə təmin etməkdir.

Məlumdur ki, müştərilərin tələbləri fərqlənir və şirkət müştərilərə SAP sistemində, İnsan Resursları, Maliyyə, Logistika, Biznes Analitikasında olan fərqli biznes prosesləri ilə bağlı təlimlər təklif edir. Buradan siz mövcud kurların siyahısı ilə tanış ola bilərsiniz.

Akademiya SAP treninqlərə start verib. Kursların məqsədi müştərilərə öz bacaqrıqlarını, iş performanslarını inkişaf etdirməyə kömək etməkdir.

Layihə menecerləri, proqram konsultantları, biznes analitikləri, biznes prosesii rəhbərləri layihə komandasının üzvləri, maliyyə sahəsində çalışanlar, insan resursları və təchizat şöbələri, SAP sisteminin istifadəçiləri, tələbələr və maraqlı olan bütün şəxslər kurslarda iştirak edə bilərlər. kurslar sinif otaqlarında keçiriləcək.

Kursları uğurla başa çatdıran iştirakçılar sertifikiatlarla mükafatlandırılacaqlar.

Əlavə məlumat üçün: http://www.bmsgl.com/academy/list-of-courses/

SIMPLE
AGENCY
SERTİFİKATLI, YERLİ MÜTƏXƏSSİSLƏR