Haqqımızda

BMS Global 2005-ci ildə təsis edilmişdir. Şirkət əsasən texnologiya üzrə konsultasiya xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb.

Biz konsaltinq şirkəti kimi işə başlayarkən, sadəcə bir ambisiyamız vardı – müştərilərimizə elə texniki həllər təqdim edək ki, bu onlara bazarda lider mövqeyə gəlməyə imkan yaratsın. Bu məqsədlə, müştərilərimizə beynəlxalq şirkətlərin məhsullarının tətbiq edilməsində illərin təcrübəsindən irəli gələn ən effektiv və praktiki həlləri təklif edirik və onlara öz İT ekosistemlərinin daha yaxşı olması üçün köməklik göstəririk.

Qısa müddət ərzində müştərilərin cari biznes proseslərini təhlil edir və onlara şirkətlərinin gəlirliliyinin artırılması üçün yardım edən, onların biznesdəki üstün tərəflərini inkişaf etdirən, yenilik və inkişaf üçün yeni fürsətlər yaradan və rəqabətdə öndə qalmağa kömək edən konsaltinq xidmətləri təklif edirik.

BMS Global sizin biznes fəaliyyətinizdən asılı olaraq Konsaltinq, İnkişaf və Təlim xidmətləri təklif edir və müvəffəqiyyətə zəmanət verir.

Missiyamız

Mütəxəssislərimizin 10 ildən artıq təcrübəsi müştərilərimizin uğurunun ayrılmaz bir hissəsidir. Bizim gücümüz özəl sektor və dövlət strukturlarının mürəkkəb biznes proseslərini əhatə edə bilməyimizdədir.

Bizim missiyamız müştərilərimizin ehtiyaclarına uyğun strategiyalar inkişaf etdirərək biznes nəticələrini yüksəltmək və onları geniş xidmət çeşidi ilə təmin etməkdir. Xidmət siyahımıza nəzər yetirin və əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Vizyonumuz

Biz anlayırıq ki, uğur sadəcə texnologiya vasitəsilə əldə edilmir. Uğurun təməlində birgə işləyərək sizin fərdi biznes hədəflərinizi araşdıran və onlara ən uyğun həll yollarını təklif edən peşəkar kadrlar dayanır. Biznesinizə məhz texnologiya və insan vəhdətindən ibarət olan yanaşmanın fərqlilik gətirəcəyinə inanırıq.

SERTİFİKATLI, YERLİ MÜTƏXƏSSİSLƏR